Viktor Osimhenə görə "Qalatasaray"a təzminat ödənə bilər.
Offsideplus.az xəbər verir ki, ulduz futbolçu üçün dövrələr arasında 90 milyon avro verilərsə, oyunçu Türkiyədən ayrıla bilər. Bu barədə italyan jurnalist Ciro Venerato "Domencia Sportiva"ya danışarkən bildirib.
Həmin məbləğin içində İstanbul təmsilçisinin də payı olacaq. Ancaq transfer yayda baş tutarsa, "sarı-qırmızılar"a daha az pul veriləcək.
Qeyd edək ki, nigeriyalı "aslanlar"ın forması ilə 2 qola və 2 məhsuldar ötürməyə imza atıb.