"Beşiktaş"ın borcu açıqlanıb.
Offsideplus.az xəbər verir ki, "qartallar"ın Müşahidə Şurasının üzvü Özgür Şentürk İstanbul Lütfi Kırdar Konqres Mərkəzində keçirilən toplantıda yekun məbləği açıqlayıb.
Klubun 31 may 2024 tarixinə qədər olan hesablamalarına əsasən 10 milyard 638 milyon 827 min 351 lirə borcu var. Bu pul Azərbaycan manatı ilə 530 milyon 877 min 484 AZN edir.