Okan Buruk İkardinin derbidə oynaması məsələsinə aydınlıq gətirib.
Offsideplus.az xəbər verir ki, Türkiyə Super Liqasının III turundan ertələnən "Qalatasaray" - "Qaziantep" matçından sonra "sarı-qırmızılar"ın baş məşqçisi mətbuat konfransında argentinalı ulduzla bağlı jurnalistlərə açıqlama verib:
"Mauro İkardinin müalicəsi davam edir, hazırda oynaya biləcək vəziyyətdə deyil. Bunun üçün çox tezdir. Ən az 1 həftə - 10 gün müddətə ehtiyacımız olduğunu düşünürəm. "Fənərbağça" ilə qarşılaşmada dəqiq iştirak etməyəcək".
Qeyd edək ki, İstanbul nəhəngləri sentyabrın 21-də üz-üzə gələcək.