"Qalatasaray" sağ cinahını gücləndirmək məqsədilə "Ayntraxt"ın futbolçusu Junior Ebimbe ilə maraqlanır.
Offsideplus.az xəbər verir ki, PSJ-nin akademiyasında yetişən 23 yaşlı futbolçu "Havr" və "Dijon"da icarə əsasında oynadıqdan sonra Frankfurt təmsilçisinə transfer olunub.
Bundesliqa klubu Ebimbe üçün 10 milyon avro tələb edir. "Qalatasaray" almanlardan sonradan transfer etmək hüququna malik olmaq şərti ilə icarəyə götürmək istəyir.
Qeyd edək ki, ötən mövsüm Bundesliqada 31 matçda 5 qol və 3 məhsuldar ötürmə ilə yadda qalan futbolçunun hazırkı bazar dəyəri 12 milyon avrodur.