"Trabzonspor"un prezidenti Ərtoğrul Doğan baş məşqçi Abdullah Avcı ilə yollarını ayırdıqdan sonra yeni çalışdırıcı axtarışlarına başlayıb.
Offsideplus.az xəbər verir ki, klub rəhbəri bazar ertəsi günü tanınmış mütəxəssis Şenol Güneşlə görüşəcək.
Məşqçi ilə razılıq əldə olunmasa, "bordo-mavilər" Sergen Yalçınla danışıq aparacaq.
Qeyd edək ki, Şenol Güneş 2009-2013-cü illər aralığında "Trabzonspor"u çalışdırıb.