"Qalatasaray"da ayrılıqlar davam edir.

Offsideplus.az xəbər verir ki, "sarı-qırmızılı" komanda Leo Dübua ilə müqaviləni qarşılıqlı razılaşma əsasında ləğv edib.

Belə ki, Derrik Köhn, Vilfrid Zaha və Olimpiu Morutanın ardından komandadan daha bir futbolçu ayrılıb.

Klubdan verilən açıqlamada "Dübua ilə yollarımızı qarşılıqlı razılıq əsasında ayırdıq" ifadəsi işlədilib.