"Qalatasaray" ispaniyalı müdafiəçi Mario Hermosonu transfer gündəminə gətirib.
Offsideplus.az xəbər verir ki, İstanbul təmsilçisi 29 yaşlı futbolçuya ilk təklifini edib və danışıqlar davam edir. "Qalatasaray" Hermosonun transferini qısa zamanda tamamlamağı hədəfləyir.
Hermoso daha əvvəl “Atletiko”nun heyətində 174 oyunda 10 qol vurub, 6 məhsuldar ötürmə edib.