"Boka Xuniors" Super Liqa nəhənginin uruqvaylı yarımmüdafiəçisini heyətinə qatmaq istəyir.
Offsideplus.az xəbər verir ki, "Boka Xuniors"un prezidenti Xuan Roman Rikelmenin komandanı gücləndirmək istədiyini və Torreyranın yanvar transfer pəncərəsində onun hədəflərindən biri olduğunu deyib.
Torreyra daha əvvəl “Boka Xuniors”da oynamaqda maraqlı olduğunu və “Qalatasaray”ın onun Avropadakı son klubu ola biləcəyini demişdi.
Hazırda bazar dəyəri 15 milyon avro olaraq göstərilən Lukas Torreyranın "Qalatasaray"la müqaviləsi 2026-cı ilə qədər davam edir