"Beşiktaş" "Çelsi"dən 19 yaşlı braziliyalı cinah oyunçusu Angelonu heyətinə qatmaq üçün Cekson Mulekanın ayrılmasını gözləyir. 

Offsideplus.az xəbər verir ki, İstanbul təmsilçisinin hazırkı heyətində 16 əcnəbi futbolçu olduğuna görə Mulekanın getməsi zəruridir. 

Muleka baş məşqçi Covanni van Bronkhorst tərəfindən əsas heyətə daxil edilməyib. Əgər Muleka razı olarsa, "Beşiktaş" onu 750 min avro kredit və 3,5 milyon avro alış opsiyonu ilə göndərəcək.