Premyer Liqaya qayıtmağı planlaşdıran Vilfrid Zaha İngiltərədəki yüksək vergi yükü səbəbindən çətinliklərlə üzləşib.

Offsideplus.az xəbər verir ki, keçmiş komandası "Kristal Palas" və "Lester Siti" ilə danışıqlar aparan Zaha vergi problemlərinə görə İngiltərəyə dönüşünü təxirə salmalı olub. 

"Qalatasaray" Zahanın illik qonorarını ödəməyi öhdəsinə götürərək transfer limiti məsələsini həll etməyə çalışsa da, İngiltərədəki vergi borcu bu planları çətinləşdirib. 2023-24-cü il mövsümündə Zahanın İngiltərəyə səfərləri zamanı təxminən 6 milyon avro vergi borcu olduğu bildirilib. "Kristal Palas" və "Lester Siti" bu borcun "Qalatasaray" tərəfindən ödənilməsini tələb etsə də, "sarı-qırmızılılar" buna razı olmayıb.

Nəticə etibarı ilə, vergi məsələsi həll olunana qədər Zahanın Böyük Britaniyaya qayıtması mümkün olmayacaq.