"Trabzonspor" hücum xəttini gücləndirmək məqsədilə "Börnli"nin futbolçusunu transfer etmək istəyir.
Offsideplus.az xəbər verir ki, söhbət Vout Veqhorstdan gedir. Hollandiya millisinin hücumçusunun meneceri Simon, futbolçunun klubdan ayrılma ehtimalının kifayət qədər yüksək olduğunu və transfer danışıqlarının gərgin keçəcəyini bildirib. Agent həmçinin "Ayaks"ın da Veqhorstla maraqlandığını vurğulayıb.
"Bordo-mavililər" Veqhorstun transferini "Trabzonspor"un hücum xəttindəki problemləri həll etmək üçün vacib bir addım kimi hesab edir.