"Fənərbağça"nın təcrübəli mərkəz müdafiəçisi komandadan ayrıla bilər.

Offsideplus.az xəbər verir ki, son Braziliya çempionu "Palmeyras" "sarı-lacivərtlər"in 30 yaşlı oyunçusu Luan Peresə "elçi" düşüb. Məlumatı "Beinsports.com.tr" yayıb. 

Qeyd edək ki, ötən mövsüm zədə səbəbilə cəmi 23 oyuna çıxa bilən futbolçu 1 qol və 1 məhsuldar ötürməyə imza atıb.