“Beşiktaş” bir futbolçu ilə yollarını ayırıb.
Offsideplus.az xəbər verir ki, “qara qartallar” Françisko Montera ilə vidalaşıb. Məlumatı “Ajansspor.com” yayıb.
25 yaşlı mərkəz müdafiəçisi ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.
Qeyd edək ki, futbolçu ötən mövsümü icarə əsasında Portuqaliyanın "Arouka" klubunda keçirib.