Erlinq Haaland "Molde"də çıxış etdiyi zaman "Qalatasaray"a transfer oluna bilərdi.
Offsideplus.az "NTV Spor"a istinadən xəbər verir ki, o dönəmlər 17 yaşında olan norveçli ulduzun "sarı-qırmızılar"a keçidi Maliyyə Feyr-Pley qaydalarına görə gerçəkləşməyib.
Fatih Terim klub nümayəndələrini "Molde"nin stadionuna Erlinqi izləməyə göndərib və Türkiyə təmsilçisi oyunçudan razı qalıb. Transfer 8 milyon avroya reallaşmağa yaxın olsa da, o dövrdə UEFA "Qalatasaray"a Maliyyə Feyr-Pley məsələlərinə görə cəza verib. Beləliklə, Haalandın Türkiyə klubuna keçidi baş tutmayıb.