“Sevilya”nın üzvü Yusuf En Nesiri karyerasını Türkiyədə davam etdirəcək.
Offsideplus.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, "Fənərbağça" onunla razılığa gəlib.
Onunla 4 illik müqavilə imzalanacaq. Hücumçu ötən mövsüm 41 oyunda 20 qol vurub və 3 məhsuldar ötürmə ilə yadda qalıb.
Mərakeşli Super Liqa təmsilçisində ilinə 4 milyon avro qazanacaq.