Türkiyə millisinin və "Borussiya" klubunun üzvü Salih Özcanın transfer qiyməti müəyyənləşib.
Offsideplus.az Almaniya mətbuatına istinadən xəbər verir ki, Dortmund təmsilçisi türk ulduza 10 milyon avro satış qiyməti qoyub. "Beşiktaş", "Renn" və "Marsel"in transfer siyahısında olan futbolçu üçün qeyd olunan məbləğdə təklif irəli sürülərsə, "Borussiya" mümkün satışı nəzərdən keçirəcək.
Qeyd edək ki, Salih Özcan ötən mövsüm Almaniya klubu ilə 35 oyuna çıxıb.