Türkiyə millisinin üzvü Barış Alper Yılmaz karyerasını Rusiyada davam etdirə bilərmiş.

Offsideplus.az xəbər verir ki, 24 yaşlı futbolçu bundan imtina edib. "Qalatasaray"ın üzvü "Zenit"in təklifini rədd edib. 

Qeyd edək ki, Barış Alper Yılmaz ötən mövsüm Türkiyə klubunun heyətində 55 matçda 7 qol vurub, 12 məhsuldar ötürmə edib.