"Fənərbağça" "Liverpul"un hücumçusu Darvin Nunesi heyətinə qatmağı düşünür.
Offsideplus.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, İstanbul klubunun baş məşqçisi Joze Mourinyo uruqvaylı forvardı komandasında görmək istəyir.
Lakin "Liverpul" futbolçunu satmaq niyyətində deyil.
Nunesin Premyer Liqa klubu ilə 2028-ci ilin yayına qədər müqaviləsi var.
25 yaşlı futbolçu geridə qalan mövsümdə 56 matçda 18 qol və 13 məhsuldar ötürmə ilə yadda qalıb.