"Fənərbaxça"nın prezidentliyə namizədləri Ali Koç və Aziz Yıldırım növbəti mövsüm Super Liqa çempionluğunu hədəfləyir.
Offsideplus.az xəbər verir ki, Həm Ali Koç, həm də Aziz Yıldırım 2024-25 mövsümündə ulduz adlardan ibarət heyət formalaşdırmağı planlaşdırır.
Bu çərçivədə "Fənərbaxça"ya yazılan adlardan biri də Sadio Manedir. "Milliyyət" qəzetində yer alan xəbərə görə, Ali Koçun Sadio Mane ilə maraqlandığı bildirilib.
Xatırladaq ki, 32 yaşlı Sadio Manenin hazırda bazar dəyəri 20 milyon avro civarındadır. 6 illik "Liverpul" macərasını bitirdikdən sonra 2022-ci ildə "Bayern"ya gedən Sadio Mane bir il sonra "Əl-Nəsr"ə transfer olunub.
"Əl-Nəsr" Sadio Mane üçün Münhen klubuna 30 milyon avro ödəyib.
Bu mövsüm 45 matça çıxan və 3892 dəqiqə meydanda qalan Mane 19 qol və 11 məhsuldar ötürmə ilə komandasına töhfə verib.