Şahruddin Məhəmmədəliyevin ardınca "Qarabağ"ın daha bir futbolçusu karyerasını "Adana Demirspor" klubunda davam etdirə bilər.
Offsideplus.az "FotoMaç"a istinadla xəbər verir ki, Super Liqa təmsilçisi 22 yaşlı cinah müdafiəçisi Toral Bayramovun xidmətində maraqlıdır. Məlumata görə, Adana klubu qış transfer pəncərəsində Ağdam klubuna rəsmi təklif göndərəcək.
Bayramov bu mövsüm "Qarabağ"ın heyətində bütün turnirlərdə 11 oyuna çıxaraq 2 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.
Xatırladaq ki, Şahruddin "Adana Demirspor"la 2 illik müqavilə bağlayıb.