"Qalatasaray"dan sonra daha bir Türkiyə klubu Serxio Ramosun transferi üçün hərəkətə keçib.
Offsideplus.az xəbər verir ki, "Beşiktaş" ispaniyalı müdafiəçiyə iki illik müqavilə təklif edib. Bu barədə türk jurnalist Ertan Süzgün məlumat yayıb.
Klub ulduz oyunçunun transferi üçün çalışmaları davam edir.
Qeyd edək ki, PSJ-dən ayrılandan Ramos hazırda azad agentdir. Futbolçu ilə MLS-dən "İnter Mayami", Türkiyə Super Liqasından "Qalatasaray" klubları yaxından maraqlanırdı.