Hakim Ziyeş "Qalatasaray"la müqavilə imzalamaq üçün Türkiyəyə gəlir.

Offsideplus.az xəbər verir ki, futbolçu bu gün tibbi müayinədən keçəcək. Hər şey yolunda getsə, mərakeşli futbolçu "Çelsi"dən "Qalatasaray"a transfer olunacaq.

Qeyd edək ki, yanvar ayında "Çelsi" vacib sənədləri 3 dəfə səhv göndərdiyi üçün Ziyeşin PSJ klubuna keçidi son anda baş tutmayıb. İyun ayında isə "Əl-Nəsr"ə keçidi tibbi müayinədən keçə bilməməsi səbəbindən alınmaymışdı.