Türkiyənin "Fənərbağça" klubu heyətini yeni futbolçu ilə gücləndirmək istəyir.
Offsideplus.az xəbər verir ki, "sarı-lacivərtlilər"in baş məşqçisi İsmail Kartal Adama Traoreni öz komandasında görmək istəyir.
İstanbul klubu futbolçuya və klubuna hələ rəsmi təklif göndərməsə də, oyunçunu nəzarətdə saxlayır.
Traore ilə La Liqa və A Seriyası klubları maraqlansa da, 27 yaşlı futbolçuya hələlik rəsmi təklif gəlməyib.