"Yuventus" klubu futbolçusu Leonardo Bonuççini satışa çıxarıb.
Offsideplus.az xəbər verir ki, müdafiəçi axtarışında olan "Fənərbağça" italiyalı ulduza "elçi düşüb". İtalyan jurnalist Nikolo Skiranın məlumatına görə, 36 yaşlı oyunçu son günlər 2 klubdan transfer təklifi alıb. Bunlardan biri "Fənərbağça", digəri isə Səudiyyə Ərəbistanı klubudur. Bonuççi hər iki komandanın təklifini geri çevirib.
Ailəsinə görə İtaliyadan ayrılmaq istəməyən Leonardonun adı "Latsio" klubu ilə hallanır.