Türkiyənin "Fənərbağça" klubunun yeni transferi Edin Ceko İstanbul təmsilçisi ilə ilk məşqinə çıxıb.
Offsideplus.az "Fotomaç"a istinadla xəbər verir ki, 37 yaşlı hücumçu "sarı-lacivərtlilər"in düşərgəsində müxtəlif çalışmaları yerinə yetirib.
Bildirək ki, bosniya və herseqovinalı forvard "Fənərbağça" ilə 2025-ci ilədək müqvailə imzalayıb.