Ötən mövsümün ikinci yarısını "Konyaspor"da icarədə keçirən Mahir Emreli Türkiyə Super Liqası klublarından birinin transfer siyahısına düşüb.

Offsideplus.az xəbər verir ki, "Adana Demirspor" 26 yaşlı hücumçu ilə maraqlanır. Bu barədə "Fotomaç" məlumat yayıb. 

Yeni baş məşqçi Patrik Klüvertlə müqavilə imzalayan klub hücum xəttini gücləndirmək istəyir. 

"Dinamo" ilə müqaviləsinin müddəti 2026-cı ildə bitəcək Mahir "Konyaspor"da 12 oyuna çıxıb, 2 qol vurub.