Türkiyənin "Fənərbağça" klubu yeni transferi Edin Ceko ilə müqavilə imzalayıb.

Offsideplus.az xəbər verir ki, İstanbul təmsilçisi ilə 37 yaşlı hücumçu arasındakı sözləşmə 2 illikdir.

Futbolçunun maaşı illik 4 milyon 200 min avro olacaq.

Qeyd edək ki, Ceko bu mövsümün sonunda "İnter"lə başa çatan müqaviləsini yeniləməyib. O, 2022/23 mövsümündə "İnter"in heyətində 52 oyuna çıxıb və 14 qol vurub.