İngiltərənin “Aston Villa” klubunun yarımmüdafiəçisi Filipp Koutinyo karyerasını Türkiyə Super Liqasında davam etdirə bilər.
Offsideplus.az "Fanatik"ə istinadla xəbər verir ki, “Fənərbağça” 31 yaşlı braziliyalı vingeri sonradan almaq şərti ilə icarəyə götürmək istəyir.
Artıq komandalar arasında danışıqların başladığı bildirilir. “Aston Villa”nın baş məşqçisi Unai Emeri klub rəhbərliyinə futbolçunun onun planlarına daxil olmadığını çatdırıb.
Bildirək ki, "sambaçı"nın “Aston Villa” ilə müqaviləsi 2026-cı ilin yayına kimi nəzərdə tutulub. Onun transfer dəyəri 14 milyon avro qiymətləndirilir.