Türkiyənin "Fənərbağça" klubu heyətini yeni futbolçularla gücləndirməyə hazırlaşır.

 Offsideplus.az "Fanatik"ə istinadla xəbər verir ki, İstanbul təmsilçisinin transfer siyahısında üç məşhur ad var.

Belə ki, "sarı-lacivərtlilər" Madrid "Real"ından ayrılan Eden Hazard, "Kristal Palas"ın hücumçusu Vilfrid Zaha və İtaliya "İnter"indən Edin Ceko üçün hərəkətə keçib.

"Fənərbağça" rəhbərliyi hər üç futbolçunu yayda heyətə qatmağa çalışır.