Türkiyənin "Fənərbağça" klubu heyətini tanınmış futbolçu ilə gücləndirməyə hazırlaşır.
Offsideplus.az "Fotomaç"a istinadla xəbər verir ki, İstanbul təmsilçisi, "Tottenhem"in braziliyalı hücumçusu Lukas Mouranı heyətinə qatmağa yaxındır.
Məlumata görə, 30 yaşlı forvard İngiltərə klubu ilə bu ilin 30 iyununda başa çatacaq müqaviləsini yeniləməyəcək. Moura "Fənərbağça"da çıxış etməyə razıdır.
Qeyd edək ki, sambaçı" 2018-ci ildən "Tottenhem"in uğurları üçün çalışır.