"Qalatasaray" Lukas Torreyranın əvəzləyicisini tapıb. 

Offsideplus.az xəbər verir ki, bu barədə "Aspor" məlumat yayıb. Avropa klublarının transfer siyahısında olan Torreyra komandadan ayrılsa, "Cim-Bom" onu "Sauthempton"un futbolçusu Diallo ilə əvəzləyəcək. 24 yaşlı yarımmüdafiəçi komandası İngiltərə Premyer Liqasını tərk etsə, komandadan ayrılmağı planlaşdırır.

Qeyd edək ki, Diallonun klubla sözləşməsi 2024-cü ilin yayında başa çatır.