Türkiyənin "Qalatasaray" klubu heyətini yeni futbolçu ilə gücləndirməyə hazırlaşır.

 Offsideplus.az "Fanatik"ə istinadla xəbər verir ki, İstanbul təmsilçisi Almaniyanın "Ştutqart" klubunun 26 yaşlı yarımmüdafiəçisi Atakan Karazoru yayda sıralarına qatmağa çalışacaq.

Adıçəkilən oyunçu üçün qarşı tərəflə danışıqlar aparılır.

Qeyd edək ki, türkəsilli futbolçu Almaniyada dünyaya göz açıb. O, Dortmund "Borussiya"sının ikinci heyətində də çıxış edib.