"Qalatasaray" klubunun ötən yay PSJ-dən icarəyə götürdüyü Mauro İkardi İstanbul təmsilçisi ilə mövsümün sonunda başa çatacaq müqaviləni uzadıb-uzatmayacağı barədə danışıb.
Offsideplus.az xəbər verir ki, hücumçu bu haqda Superliqanın 29-cu turunda "Kayserispor"la matçdan sonra fikirlər söyləyib. O, bunları deyib:
"Qalatasaray" forması ilə ilk dəfə het-trik etdiyim üçün çox xoşbəxtəm. Qarşıda 9 oyun var və onların hər birində qalib gəlmək istəyirik. Mövsümün başa çatmasına hələ var. Son oyundan sonra klub prezidentimiz və direktorlarımızla gələcəyim haqqında danışacağıq".