“Adana Dəmirspor” klubu yarımmüdafiəçisi Birkir Byarnasonla yollarını ayırıb.

Offsideplus.az xəbər verir ki, İslandiya yığmasının da üzvü olan 34 yaşlı futbolçu azad agent kimi Norveçin “Vikinq” komandasına keçib.

Yarımmüdafiəçi yeni klubu ilə 2023-cü ilin 31 dekabrına kimi anlaşıb.