“Qalatasaray”ın yoldaşlıq görüşündə Qomis və İkardinin qolları ilə "Qarabağ”ı 2:1 hesabı ilə məğlub etdiyi matçdan sonra iki komanda arasında transfer danışıqlarının aparıldığı öyrənilib.
Offsideplus.az xəbər verir ki, mövzuyla əlaqədar olaraq, "Ajansspor"dan Burhan Can Terzi iki klub arasında transfer görüşməsinin olduğunu və İstanbul təmsilçisinin futbolçunu heyətə cəlb etmək istədiyini bildirib.
İdman jurnalisti məsələ ilə bağlı bunları deyib: "Qalatasaray"ın gündəmində "Qarabağ"ın futbolçusu Toral Bayramov var. "Sarı -qırmızlar" bu gün 22 yaşlı sol cinah müdafiəçisi üçün klub rəsmiləri ilə görüşüb və keçidi ilə maraqlanıb" -deyə, o, qeyd edib.
Toral Bayramovun "Qarabağ"la 2026-cı ilə qədər müqaviləsi var. Onun bazar dəyəri 600 min avro olduğu qeyd olunur.
Bu mövsüm ümumilikdə 29 oyuna çıxan milli üzvü 1 qol vurub, 4 məhsuldar ötürmə edib.