"Başakşəhər" klubu futbolçusu Junior Kaysara ilə vidalaşıb.
Offsideplus.az xəbər verir ki, braziliyalı müdafiəçinin müqaviləsinə qarşılıqlı razılaşma əsasında xitam verilib.
33 yaşlı futbolçu 2017-ci ilin yayından "Başakşəhər"də forma geyinirdi. O, bu sezon 22 oyunda 1 məhsuldar ötürmə ilə yadda qalmışdı.