Türkiyənin "Fənərbağça" klubu heyətini yeni futbolçuyla gücləndirmək niyyətindədir.
Offsideplus.az xəbər verir ki, İstanbul təmsilçisi "Vulverhempton"un yarımmüdafiəçisi Adama Traore ilə maraqlanır.
27 yaşlı vingerin klubu ilə müqaviləsi mövsümün sonunda başa çatır. Super Liqa təmsilçisi artıq Traorenin klubu ilə danışıqlara başlayıb.