"Adana Demirspor" futbolçusu Britt Assombalonqa ilə yollarını ayırıb. 

Offsideplus.az xəbər verir ki, bu barədə Super Liqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb. 30 yaşlı hücumçunun müqaviləsinə qarşılıqlı razılaşma əsasında xitam verilib.

Qeyd edək ki, Assombalonqa 2021-ci ilin yayından çıxış etdiyi "Adana Demirspor"da bütövlükdə 54 oyuna çıxıb və 18 qol vurub.