İngiltərənin "Lester Siti" klubu heyətini yeni futbolçuyla gücləndirməyə hazırlaşır.
Offsideplus.az xəbər verir ki, Premyer Liqa təmsilçisi qış transfer pəncərəsi zamanı müdafiənin mərkəzinə yeni oyunçu cəlb etməyi planlaşdırır.
"Tülkülər"in əsas transfer hədəfi "Fənərbağça"da çıxış edən Atilla Salaidir. Sözügedən klub 24 yaşlı macarıstanlı mərkəz müdafiəçisi üçün Super Liqa təmsilçisinə 20 milyon avro ödəməyə hazırdır. Tərəflər arasında yaxın zamanda danışıqların başlayacağı gözlənilir.
Qeyd edək ki, "Fənərbağça" Atilla Salaini 2021-ci ilin yanvar ayında Kiprin "Apollon" klubundan transfer edib.