Cari mövsümün əvvəli "Olimpiakos"a keçən Marselonun klubdan ayrılması gözlənilir.

Offsideplus.az xəbər verir ki, braziliyalı müdafiəçi yaxın günlərdə Pirey təmsilçisi ilə müqaviləsinə xitam verilməsi ilə bağlı görüşəcək. Bu barədə Yunanıstan mətbuatı məlumat yayıb. Onun karyerasını Türkiyənin "Qalatasaray" və "Fənərbağça" klublarından birində davam etdirməsi gözlənilir.

Qeyd edək ki, Marselo 2022-ci ilin yayında "Real"dan ayrılıb.