Türkiyənin "Beşiktaş" klubu heyətini yeni futbolçuyla gücləndirməyə hazırlaşır.
Offsideplus.az "Fanatik"ə istinadla xəbər verir ki, İstanbul təmsilçisi "Yuventus"un italiyalı müdafiəçisi Leronardo Bonuççini rənglərinə bağlamaq niyyətindədir.
35 yaşlı futbolçu üçün qarşı tərəflə danışıqlar aparılır.
Onun keçidinin qış transfer dövründə həll ediləcəyi gözlənilir. "Qara qartallar"ın yeni baş məşqçisi Şenol Günəş də rəhbərliyin bu qərarına isti yanaşıb. O, təcrübəli futbolçunu sərəncamında görmək istəyir.
Qeyd edək ki, Bonuççi 2018-ci ildən "Yuventus"da çıxış edir. O, İtaliya millisinin də üzvüdür.