"Qalatasaray" klubunun sabiq baş məşqçisi Fatih Terim yenidən komandanın "sükanı arxasına" keçə bilər.
Offsideplus.az xəbər verir ki, bu iddia ilə Türkiyə mətbuatı çıxış edib. 69 yaşlı mütəxəssis yenidən "sarı-qırmızılılar"ın baş məşqçi postuna qayıda bilər.
Belə ki, İstanbul təmsilçisinin rəhbərliyi yaxın gələcək üçün bu variantı nəzərdən keçirir. O cümlədən, "cim-bom"un azarkeşləri də 69 yaşlı mütəxəssisi yenidən komandada görmək arzusundadırlar.
Qeyd edək ki, hazırda "Qalatasaray"ı Okan Buruk çalışdırır.
Əlavə edək ki, Fatih Terim məşqçilik karyerası ərzində 4 dəfə "Qalatasaray"ı çalışdırıb. O, son olaraq 2017-2022-ci illərdə vəzifəsinin başında olub.