"Qalatasaray" ötən gün Türkiyə Super Liqasının 11-ci turunda öz meydanında "Alanyaspor"la keçirdiyi görüşdə 2:2 hesablı heç-heçə edib.
Offsideplus.az "Ntv Spor"a istinadən xəbər verir ki, İstanbul təmsilçisinin hücumçusu Mauro İkardi sözügedən oyunda 1 qol və 1 asisstlə yadda qalıb. Bununla da mövsümün əvvəlində PSJ-dən icarəyə götürülən argentinalı oyunçu 21 ay sonra bir çempionat matçında həm qol, həm də məhsuldar ötürmə etməyi bacarıb.
Xatırladaq ki, İkardi sonuncu dəfə 2021-ci ilin yanvar ayında Liqa 1-də 21-ci tur çərçivəsində PSJ-nin öz meydanında "Monpelye" ilə keçirdiyi oyunda (4:0) qol və asisstlə fərqlənə bilmişdi.