Türkiyənin "Qalatasaray" klubu baş məşqçisi Okan Burukla yolları ayırmağa hazırlaşır.
Offsideplus.az xəbər verir ki, bu barədə məlumatı İngiltərənin "Daily Mail" nəşri yayıb. Mənbənin iddiasına görə, İstanbul təmsilçisi növbəti mövsümdə 48 yaşlı mütəxəssislə yola davam etmək niyyətində deyil.
Sözügedən mətbu orqanın yaydığı xəbərdə "Qalatasaray" rəhbərliyinin komandanın "sükanı arxasına" əcnəbi çalışdırıcı gətirməyə hazırlaşdığı da qeyd olunub. Belə ki, "cim-bom" Okan Burukun yerinə hazırda Səudiyyə Ərəbistanının "Əl İttihad" klubunu çalışdıran portuqaliyalı baş məşqçi Nuno Espirito Santonu gətirəcək.
Qeyd edək ki, Burukun "sarı-qırmızılılar"la 2023-cü ilin 30 iyununadək müqaviləsi var.