"Başakşəhər" klubunun futbolçusu Mesut Özil belindən əməliyyat olunacaq.
Offsideplus.az xəbər verir ki, bu barədə klub prezidenti Göksel Gümüşdağ danışıb. O, 33 yaşlı yarımmüdafiəçinin əməliyyat olunacağını və ən az 3 ay yaşıl meydanlardan kənarda qalacağını bildirib.
Qeyd edək ki, Mesut bu il iyulun 13-də "Fənərbaxça"dan ayrılaraq "Başkşəhər"ə keçib.