Yay transfer dönəmində transferləri ilə səs-küy salan "Qalatasaray" daha bir ulduz futbolçunu heyətinə qatacaq.

Offsideplus.az "Fotomaç"a istinadən xəbər verir ki, "sarı-qırmızılar" "Mançester Yunayted"dən Viktor Lindelöflə yaxından maraqlanır. Klub danimarkalı oyunçusu Viktor Nelssonu satsa, onu Lindelöflə əvəzləməyi düşünür. "Qalatasaray" 28 yaşlı müdafiəçini qış transfer dönəmində gətirməyi planlaşdırır.

Qeyd edək ki, Viktor 2017-ci ildən "Mançester Yunayted"İn formasını geyinir.