"Qalatasaray"ın bu mövsüm transfer etdiyi Dris Mertens "Yuventus"dan təklif alıb.

Offsideplus.az Belçika mətbuatına istinadən xəbər verir ki, bu barədə futbolçunun agenti məlumat yayıb. 35 yaşlı forvard və Turin təmsilçisi arasında görüş baş tutub. Lakin futbolçu "Yuventus"a transfer təklifini qəbul etməyib. 

Dris ilə İndoneziya çempionu "Bali Yunayted" də yaxından maraqlanıb. 

Qeyd edək ki, "Cim-Bom" Dris Mertenslə 1+1 illik müqavilə imzalayıb.

Screenshot 2022 09 17 125033