Mauro İkardinin həyat yoldaşı və agenti olan Vanda Naranın "Qalatasaray"dan tələb etdiyi şərtlər müəyyənləşib. 

 Offsideplus.az "NTV Spor"a istinadən xəbər verir ki, Nara Türkiyəyə gəlmədən öncə klub rəhbərliyindən özəl aşpaz, 5 uşaqları çün məktəb, dekabr ayına qədər hotel, ailəvi yaşaya biləcəkləri ev, özəl cangüdən və 24 saat sürücülü maşın tələb edib. 

Bundan əlavə, Vanda Naranın iş həyatını davam etdirmək üçün İstanbul - Buenos Ayres şəhərləri arasında tez-tez səfər edəcəyi məlumatı da proqramda yer alıb.

Bütün bu şərtlər yerinə yetirildikdən sonra İkardinin "Cim-Bom"a transferi baş tutub. 

Qeyd edək ki, Mauro İkardi cari mövsüm icarə əsasında "Qalatasaray"da çıxış edəcək.