"Trabzonspor" heyətini yeni futbolçu ilə gücləndirib.
Offsideplus.az xəbər verir ki, son Türkiyə çempionu "Valensiya"nın hücumçusu Maksi Qomesi transfer edib. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.
26 yaşlı oyunçu ilə imzalanacaq sözləşmənin detalları açıqlanmayıb.
Xatırladaq ki, uruqvaylı futbolçu ilə digər Super Liqa təmsilçisi "Fənərbağça" da maraqlanırdı.
Qeyd edək ki, Maksi Qomes 2019-cu ildən "Valensiya"da oynayırdı. Uruqvaylı forvard bu müddətdə 108 matç keçirib, 22 qol vurub və 12 qol ötürməsi verib.