Mövsüm öncəsi təlim-məşq toplanışından kənarlaşdırılan "Beşiktaş"ın futbolçusu Sərdar Saatçı karyerasını Portuqaliyada davam etdirəcək.
Offsideplus.az "Ntv Spor"a istinadən xəbər verir ki, "Braqa" 19 yaşlı oyunçunu heyətinə qatır. Müdafiəçi üçün 1,5 milyon avro transfer haqqı ödənəcək.
Bundan əlavə, Sərdarın oynayacağı matçların sayına görə bu qiymət 1 milyon avro arta bilər. Anlaşmaya əsasən, "Braqa" futbolçunun növbəti satışından əldə edəcəyi transfer haqqının 20%-ni də İstanbul təmsilçisinə verəcək.
Qeyd edək ki, "Beşiktaş"ın yetirməsi olan Sərdar son 2 mövsümdə əsas komanda da oynamağa başlayıb. O, “ağ-qaralar”ın heyətində 15 oyuna çıxıb.